"Faytonçu" ləqəbi ilə məşhurlaşan müğənni Nazimin yaradıcılığında yenilik var. SİA-ya açıqlama verən ifaçının sözlərinə görə, o, "Gün keçdi" filmindəki mahnının sauntrikini hazırlayıb və klip çəkdirməyə hazırlaşır: "Mənim repertuarımda klassik retro musiqilər üstünlük təşkil edir. Klassik mahnıları dinləməyi də, oxumağı da çox sevirəm. Sadəcə, belə mahnılara məsuliyyətli yanaşmaq lazımdır. Bu mahnını uzun müddətdir, beynimdən keçirirdim. Özümü hazır hiss etdikdən sonra oxumağa qərar verdim. Belə mahnıları ifa edərkən mütləq o musiqi mənim ruhumun süzgəcindən keçməlidir. Belə də oldu. Bu mahnıya daxili aləmimdə tələbat yarandı, oxudum. Məsələ burasındadır ki, mən indiyə qədər Oqtay Rəcəbovun, Ələkbər Tağıyevin mahnılarını oxumuşam. Baxmayaraq ki, Emin Sabitoğlunu çox sevmişəm, onun mahnılarının xəstəsi olmuşam, ancaq ilk dəfədir ki, onun musiqisinə müraciət etmişəm.
Qeyd edək ki, klipin rejissoru Ülviyyə Könüldür: "Ülviyyə xanımla mənim üçüncü işbirliyimdir. Həqiqətən, əvvəlcə Aqil M.Quliyevə müraciət etmişdim. Bilirsiz ki, Aqillə də buna qədər çalışmışıq. Üslubunu çox bəyənirəm. Ancaq Aqil razı olmadı. Daha doğrusu, zaman məhdudiyyəti üzündən bildirdi ki, klipin çəkilişi gecikə bilər. Sonra da mətbuat yenə yazacaq ki, Aqil klipi gecikdirir. Ona görə də işbirliyimiz alınmadı. Açığını desəm, ikinci dəfə Fuad Əlişova müraciət etdim. Ancaq onun tələb etdiyi maddi vəsait məni qane etmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB