Xalq artisti: "Vəziyyətim çox pisdir" VİDEO

Xalq artisti: "Vəziyyətim çox pisdir" VİDEO

Əməkdar artist İlkin Əhmədov Xalq artisti Lətifə Əiyevanın evində qonaq olub. SİA-nın məlumatına görə, o, xəstə olan aktrisanı ziyarət edib.

Lətifə xanım oğullarından və gəlinlərindən bəhs edib: "İki oğlum var. Oğlumun birinin həyat yoldaşı vəfat edib. Həmin oğlumla birgə yaşayıram. O, mənə baxır. O birisi oğlum isə uzaqda qalır. Maddi durumum isə olduqca çətindir. Mağazaların birinə 510, digərinə isə 100 manatdan çox borcum var".

Aktrisa səhhətinin yaxşı olmadığını dilə gətirib: "8 martdan bu günə düşmüşəm. Üçüncü kurs müalicə alıram. Vəziyyətim çox pisdir. Güclü ağrılarım olur. Sənətdən 10 ilə yaxındır ki, uzağam. Ayaqlarım tutmur. Yeriyə bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə