Xalq artisti hər kəsi şoka salacaq?

Xalq artisti hər kəsi şoka salacaq?
Söz-söhbət gəzir ki, Azərbaycanın xalq artisti Aygün Kazımova yeni layihə üzərində işləyir. SİA-nın məlumatına görə, müğənni aprelin 19-da "Monolit plaza"da tədbir keçirəcək. Tədbirdə Aygün Kazımova yeni bir layihəsini də ortaya qoyaraq hər kəsi şoka salacaq. Bu layihə barədə hələ ətraflı məlumat verilmir, təfərruatlar tədbirdə məlum olacaq. Amma ilkin məlumatlara görə, xalq aristi dünyada analoqu olmayan bu layihəsi ilə şou-biznesdə yenilik edəcək.

Həmin gün müğənnin dəstəyi ilə çap edilən "Ay və gün" jurnalının da təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, müğənni ilə əlaqə saxlayıb, xəbəri təsdiq etməyə cəhd etsək də xalq artisti zənglərimizə cavab vermədi.

Bütün xəbərlər Facebook səhifəmizdə