Zülfiyyə Xanbabayeva: “Heç kəs “mənəm-mənəm” deməsin”-AÇIQLAMA
Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva uzun illərdir səhnədədir. Hər zaman ciddi obrazlarda tamaşaçıların qarşısına çıxan xalq artisti şou-biznes nümayəndələri arasında qalmaqal etməyən simalardandır.
SİA-ya danışan Zülfiyyə xanım özünü necə sığortaladığından söz açdı: "Özümü çirkablardan sığortalamaq mənə çox baha başa gəlib. Xasiyyətimdən hər kəs xəbərdardır. Aktiv insanam. Dilim də var, dilçəyim də! Hər kəsi yerində oturda bilərəm. Bu illər ərzində o qədər çətinlik çəkmişəm. Suyu üfürə-üfürə içmişəm. Xanım-xatınlığımı qoruyub saxlamağa çalışmışam. Amma mənim də dəlisov olduğum vaxtlar olub. Mənsiz heç bir məclis, dostlarımın yığıncağı keçmir. Sadəcə gərək təcrübəli olasan. İnsanın təcrübəsi illər keçdikcə artır. Bir də məndə olan bu ciddilik! Hərdən qızım deyir ki, "anam çox ciddidir". Xasiyyətimdə də ağırlıq var. Ancaq həyatın işini heç kim bilmir. Qurban olum Allaha".
Qeyd edək ki, Zülfiyyə xanım Dəniz adlı qız anasıdır. Xalq artisti "nümunəvi ana" obrazından da söz açıb: "Həyatda hər şey ola bilər. Heç kəs "mənəm-mənəm" deməsin. Arxama çönüb baxdığım zaman, heç bir pis işim və əməlimin olmadığını görürəm, Allaha çox şükür. Düzdür, səhvsiz insan yoxdur. Amma sinənə döymək, mənəm-mənəmlik etmək olmaz. Həyatdır, bilmirsən bir dəqiqədən sonra başına nə gələcək. Allah insanı xətadan və şərdən qorusun. Şər atanda sonra, artıq heç nə etmək mümkün olmayacaq. Özünü nə qədər ora-bura çırpsan da, faydası olmayacaq, çünki "möhür" artıq öz işini görəcək. Bizimkilər sevir axı, bir adam yıxılsın, biz də tez onu sürüyək. Bu, bizim canımızda var".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB