Adil Karaca da bu kompaniyaya qoşuldu VİDEO

Adil Karaca da bu kompaniyaya qoşuldu VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb. SİA-nın məlumatına görə, onun bu təşəbbüsünə həmkarı Adil Karaca da qoşulub.

Bu haqda Rəqsanə xəbər verib: "Bilirsiniz ki, ehtiyyacı olan ailələr üçün yardım kampaniyasına başlamışam. Səsimə səs verən, bu xeyir əmələ qoşulanlardan biri də dostum və istedadlı sənətçi Adil Karaca oldu. O, ərzaqlar aldı və canla-başla bu işdə iştirak etmək istədi. Adil çox sağ ol. Allah ürəyinə görə versin. Biz davam edirik. Aldığımız ərzaqlar Moskvada yaşayan azərbaycanlılar üçündür.

Bir çox ailələr burda böyük problemlərlə üz-üzə qalıb. Allah böyükdür, bu günlər də geridə qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə