Pərvin Abıyeva: "Sevgilimlə barışmamışam, ona ehtiyyacım yoxdur"

Aktrisa Pərvin Abıyeva "İnstagram"da canlı yayıma girib. SİA-nın məlumatına görə, aktrisa formada qalma sirrini açıqlayıb: "İmmunitetim zəifdir. İldə ən az 4-5 dəfə qrip oluram. Nə əcəb hələ mən koronavirusa yoluxmamışam bilmirəm. Çörəyin ancaq kənarını yeyirəm, içini yox. Bütün yeməklərim zeytun yağında hazırlanmalıdır. Amma indi nə gəldi yeyirəm və kökəlmirəm. Bədənim artıq formasını alıb".

Pərvin seriallara çəkilməməsindən danışıb: "Seriallara 5 ildən çoxdur çəkilmirəm, kliplərdə oynamıram. Bunlardan imtina etmişəm. Çox əziyyət çəkirsən, maddi qarşılıq ala bilmirsən. Bizdə seriallarda müəyyən saat yoxdur, aktyorları son damlasına qədər işlədirlər. Çəkiliş 8-10 saat olmalıdır. Bizdə bir gün də davam edir. Vaxt olub 4 gün dayanmadan serialda çəkilmişəm. Aldığım qonorar da sağlamlığıma getdi.

Bunları "Bacanaqlar" aid etmirəm. Orada 2 il çəkildim, ödənişi, şəraiti yaxşı idi. Həftədə bir gün 4-5 saat çəkiliş olurdu".

Abıyeva "Sevgilinizlə barışdınız" sualına isə belə cavab verib: "Sevgilimlə barışmamışam. Nə sevgiliyə, nə də sevgiyə ehtiyacım var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...