Elzadan növbəti qalmaqallı sözlər

Elzadan növbəti qalmaqallı sözlər

Əməkdar artist Elza Seyidcahan verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, bəziləri gündəmə gəlmək üçün kiminsə bostanına söz atmaqla məşğuldurlar: "Hüseyn Dərya o vaxtlar həbsxanaya düşmüşdü. Sonradan sənətə gələndə ona dedilər ki, “Elza Seyidcahana söz at, bununla gündəmə gəl. Hüseynlə tədbirlərin birində görüşdüm. Tutub əlimdən öpüb, hörmət əlaməti olaraq qarşımda başını əydi. Amma səhəri günü gördüm ki, efirdə haqqımda “Elza şkaflara konsert versin” ifadəsini işlədib. Bir neçə gün sonra yenidən üz-üzə gəldik. Yaxınlaşdı, salam verdi və dedi ki, “Elza xanım məni bağışlayın, sönmüşdüm. Gündəmə gəlmək üçün mənə dedilər ki, Elzanın adını çək”. Dedim ki, əgər mənə söz atdıqdan sonra gündəmdə olub, doğru yola gələcəksənsə, bunu sənə halal edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə