“Eurovision-2011”-da ölkəmizi təmsil edəcək “Running Scared” mahnısının klipinin təqdimatı olub
Azərbaycanın "Eurovision-2011" təmsilçiləri Eldar və Nigarın Almaniyanın Düsseldorf şəhərində mayın 10-da, müsabiqənin birinci yarımfinal mərhələsində ifa edəcəyi "Running Scared" mahnısının klipinin İctimai Televiziyada təqdimatı olub.
SİA-nın itv.az satına istinadən verdiyi məlumata görə, klipin rejissoru Tarmo Krimdir. Tarmo Krim 2002-ci ildə Tallində keçirilən Eurovision Mahnı Müsabiqəsinin prodüseri olub.
"Running Scared" mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Gözəl mənzərə və kadrlarla zəngin olan klipin çəkilişləri dəniz sahilində aparılıb.
Məlumat üçün bildirək ki, "Running Scared" mahnısının müəllifləri İsveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur.
Qeyd edək ki, hazırda Azərbaycanın "Eurovision-2011" təmsilçiləri Eldar və Nigar Düsseldorf səhnəsindəki çıxışına və Avropa turnesinə hazırlaşır. Duetimiz qalib olmaq üçün var gücləri ilə çalışdıqlarını deyir.
Klipi izləmək üçün bu linkdən istifadə edə bilərsiniz.
http://eldarnigar.eurovisiontalents.com/latest-news/eldar-and-nigar-release-official-music-video-for-azerbaijan-eurovision-entry

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB