Bu gün müğənni Türkan Vəlizadə üçün özəl gündür. SİA-nın məlumatına görə, ifaçının ad günüdür. Bu haqda Türkan sosial şəbəkədə xəbər verib. Belə ki, o, "İnstagram" səhifəsində yeni şəkillərini yayımlayıb və paylaşımına bu sözləri yazıb: "Bu gün doğum günümdür. Yaşımın üstünə bir ildə əlavə olundu.Tanrının verdiyi bu ömrə min şükür olsun. Ən əsası ailəmin canı sağ olsun. Uğurlarım bu il də artsın. Həyatımda yaxşı,dürüst insanlar məni əhatə etsin. Allah bu il mənə gözəl sevgi, ailə qismət etsin.
Çox kövrəldim,çünki bir ildə qocaldım. Amma şükürlər olsun qazandığım uğurlara, xalqımızın sevgisinə baxıb sevinirəm.Bu sevgi mənim üçün həyatda ən böyük xəzinədir. Var olun".
T.Vəlizadəni "İnstagram" səhifəsində ad günü münasibəti ilə bir çox sənət dostları təbrik edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB