Bəstəkar və şairə Xanım İsmayılqızı Bakıdakı əyləncə məkanlarından birində 55 yaşını qeyd edib. SİA-nın məlumatına görə, bəstəkarın ad gününə ailə üzvləri və yaxınları qatılıb. Mərasimdə xalq artisti İlhamə Quliyeva, Faiq Ağayev, xalq şairi Ramiz Rövşən, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, bəstəkar Aygün Səmədzadə, rejissor Nail Naiboğlu, "Xan" qrupu, müğənnilər Ruhi, Mətanət Əsədova da iştirak edib.
Mərasim Xanım İsmayılqızının ünvanına olan xoş arzular və musiqilər ilə yadda qalıb. Bəstəkar üçün ən xoş hədiyyə "Xan" qrupu tərəfindən verilən Xanım İsmayılqızının portret hədiyyəsi olub. Portreti gənc rəssam Rəşad Xalxali yağlı boya ilə çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB