Nadir Qafarzadə başqa üsula əl atıb

Nadir Qafarzadə başqa üsula əl atıb
Adı hər zaman qalmaqallarda hallanan Nadir Qafarzadə yenə danışdı. Dediyi hər kəlmə ilə Azərbaycan şou-biznesini biri-birinə qatan müğənni bu dəfə əksinə hərəkət edəcək. SİA-ya açıqlama verən Nadirin sözlərinə görə, o, artıq heç nə danışmayacaq və sakit həyat sürəcək: "Dilim mənim düşmənimdir. Həyat yoldaşım mənə hər zaman deyir ki, "sənin düz danışmağın heç kəsə lazım deyil, çalış, aldadasan". Ona görə də artıq mən heç kəs barədə danışmayacağam. Heç kimə fikir verməyəcəyəm. Çünki demək olar ki, bütün həmkarlarımda anlama qabiliyyəti zəifdir. Onlar mənim əsəblərimə dəymirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə