Aybəniz Haşımovanın başına iş gəlib

Aybəniz Haşımovanın başına iş gəlib

Əməkdar artist Aybəniz Haşımovanın başına iş gəlib. SİA-nın məlumatına görə, müğənni yıxılıb. Bu haqda Haşımova özü məlumat verib: "Bir gözəl məclisdə iştirak etdim. Ayaqqabım hündürdaban deyildi, səhnəyə çıxıb mahnı oxuyanda geyindim. Allah üçüncüdən saxlasın. Necə asfalta yıxıldımsa... Yaxşı ki, qolum, başım qırılmadı.

Bilmirəm bu nə işdir. Elə bil məni götürüb, yerə çırpırlar, ikinci dəfədir. Necə yerə dəydimsə, bütün bədənim ağrıyır, canınızdan uzaq. Yaxşı ki, yanımda adamlar var idi. Yoxsa elə yerdə qalacaqdım".

Bütün xəbərlər Facebook səhifəmizdə