Keçmişindən utanmayan 24 və 41 yaşlı Fatimə FOTO

Keçmişindən utanmayan 24 və 41 yaşlı Fatimə FOTO

Rəqqasə Fatimə Fətəliyeva 24 il əvvəl çəkilən şəklini sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, Fatimə keçmişindən utanmadığını vurğulayıb: "Sizin 24 və 41 yaşlı Göyçək Fatiməniz. Necədir? Sizcə, çox dəyişiklik var? Keçmişimdən utanan biri deyiləm. Əsas odur ki, gerçəkləri düzgün təqdim edəsiniz, fotomontajla yox. Nəsə təqdim etmək istəyirsinizsə, buyrun, məndən istəyin. Fatimənin keçmiş dövr üçün də, indi üçün də necə gözəl olduğunu belə təqdim edin".

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə estetiksiz fotolarını yayanlara da cavab verib. Fətəliyeva qalmaqal yaşadığı şou-biznes nümayəndələrinin onu əsəbiləşdirmək üçün belə bir addım atdığını vurğulayıb.

Qeyd edək ki, Fatimə verilişlərin birində şou-biznesdə küsülü olduğu şəxslərlə bağlı qalmaqallı açıqlamalar verib. Həmin müsahibədən sonra rəqqasənin arxiv fotoları "İnstagram"da səhifələrdə paylaşılıb, tənqid edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə