Dado ilə Natavan yenə ayrıldı?

Müğənni Natavan Həbibi və reper əri Səid Əliyev (Dado) küsülüdür. SİA-nın məlumatına görə, bu haqda Natavan verilişlərin birində deyib: "İndi onunla danışmırıq. Evdə olanda Zeydə o da baxır".

Ekranda Dadonun görüntüləri göstəriləndə isə Həbibi "Kimdir o? Tanımıram" deyərək, gülməyə başlayıb.

Aparıcı Günay Baxşəliyeva "Çox mədəni oğlandır. Küsülü olduğunuzu bilirdim. Bu gün onunla barış. Səninlə barışmaq istəyir" sözlərini söyləyib.

"Üç həftədir danışmırıq. 3 il keçib ailə həyatımızdan. Hələ də bizim evlənməyimizə inanmayanlar var. Niyə barışım onla? Səid, necəsən?" deyə, Natavan cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə