Məşhur müğənni Röya bu yaxınlarda yeni kliplərini nümayiş etdirəcək. SİA-ya açıqlama verən Röyanın sözlərinə görə, kliplərin ikisi də fərqli olacaq.
Kliplərdən biri bir zamanlar "Karvan" qrupunun ifasında məşhurlaşan "Polismen" mahnısına çəkiləcək. Rejissor Nail Naiboğlunun ekranlaşdırdığı klipdə Röya bir neçə obrazda görünəcək. "Polismen" mahnısına çəkiləcək klipdə tərəf müqabili Azərbaycanın tanınmış modellərindən biridir.
Müğənninin digər klipinin hansı mahnıya çəkiləcəyi barədə ətraflı məlumat verilməsə də, bu klipdə Röyanın tərəf müqabilinin müğənni Sevda Yəhyayeva olduğu bildirilir.
Müğənninin digər klipinin hansı mahnıya çəkiləcəyi barədə ətraflı məlumat verilməsə də, bu klipdə Röyanın tərəf müqabilinin müğənni Sevda Yəhyayeva olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB