Aygün Kazımova "Jalma"nı yenidən təqdim etdi VİDEO

Xalq artisti Aygün Kazımova "Jalma" mahnısının yeni versiyasını təqdim edib. SİA-nın məlumatına görə, Rusiyanın Xalq artisti Filipp Kirkorovla duet şəklində səsləndirdiyi bəstəni müğənni bu dəfə tək oxuyub.

Kazımova mahnıya video çarx da hazırlatdırıb. O, İçərişəhərdə qırmızı libasda kamera qarşısına keçib.

Qeyd edək ki, mahnının musiqisi İvan Peevə, sözləri Andrey Morsina aiddir. Videonu Alla Puqaçova ilə çalışan məşhur Alisher lentə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə