Aynişan: "Qayınanam qızıl kimi insandır"

12 gün bundan öncə toyu olan Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, Aynişan bu dəfə qayınanası ilə bağlı ünvanlanan sözlərə reaksiya verib: "Anlamadığım bilirsiz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, orada qayınata, baldız, qayın da ola bilər. Niyə ancaq qayınana soruşursunuz? Niyə bu qədər tənqidçisiniz? Qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş qayınanamla yaşayardım, qızıl kimi insandır. Onu çox sevirəm. Hədsiz sevdiyim insanı dünyaya gətirən qadındır, necə sevməyim? Kaş hamı gəlinini onun kimi sevərdi".

Qeyd edək ki Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan fitnes müəllimi Kənanla ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə