Ahmet Kural yenə qanunları pozdu VİDEO + FOTOLAR

Türkiyəli aktyor Ahmet Kural yenidən avtomobil qəzası keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 3 maşın zərcirvari olaraq bir-birinə çırpılıb. Həmin avtomobillərin birində aktyor da olub.

Hadisəyə gələn polis əməkdaşları bəlli ediblər ki, Kural spirtli içkidən istifadə edərək, sükan arxasına əyləşib. Polislər onun bölməyə apararaq, ifadəsini alıb. Onlar aktyorun 6 aylıq sürücülük vəsiqəsini əlindən alıblar. O, ardınca sərbəst buraxılıb.

Polis bölməsindən çıxan Ahmet jurnalistlərin kameralarına yaxalanıb. O, media mənsublarının suallarını cavabsız qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə