Aygün Kazımovanın “kriminal şou”su - FOTO

Aygün Kazımovanın “kriminal şou”su - FOTO
Azərbaycanın xalq artisti Aygün Kazımova bu gün keçirdiyi mətbuat konfransında qızı İlqarənin çəkilmiş video görüntüsünün internetdə yayılması ilə bağlı danışıb. SİA-nın məlumatına görə, o, bir neçə cəhdinə baxmayaraq, hələ də videonun çəkilməsi və yayılmasında iştirak etmiş Orxan, Nicat və Eyyubun üzr istəməsinə nail olmadığını söyləyib. Müğənni qızının sinif yoldaşlarının valideynlərinin də baş verənlərə görə üzr istəmədiyini söyləyib: "Mən müharibə istəmirəm. Amma qoy onlar bilsinlər ki, baş verənlərə görə hamı qarşısında üzr istəməsələr, onlardan əl çəkməyəcəyəm. Əks təqdirdə məsələ məhkəmədə həll olunacaq. Onlar telekameralar qarşısında üzr istəməlidirlər! Hələ Orxanın atası Zeynəb xanım Xanlarovanın qohumu olduqlarını bildirir. Mən Zeynəb xanımı çox sevir və hörmət edirəm, onun da mənə münasibəti çox yaxşıdır. Bu məsələdə üçüncü şəxsin adının hallandırılmasının əleyhinəyəm. Odur ki, bu haqda heç nə deməyəcəyəm".

Aygün Kazımova vəziyyətin gülməli olduğunu vurğulayıb: "Mən onların səhvlərini düzəltməyə çalışıram. Onlar qızım İlqarə ilə bağlı həmin videgörüntüdə nalayiq ifadələr işlədiblər. Mən onların üzr istəməsi ilə bu məsələnin yekunlaşmasını istəyirəm və onların buna etiraz etmələrini başa düşə bilmirəm".

Qeyd edək ki, mətbuat konfransını Aygün Kazımova "kriminal şou" adlandırıb.

Aygün Kazımova qalmaqallı video görüntüdə üçüncü şəxs olan Eyyubun ailəsi barədə isə danışmaq istəməyib. Müğənninin sözlərinə görə, əsas günahkarlar Orxan Nəsirov və Nicat Novruzovdur: "Bu iki nəfər İlqarə ilə eyni sinifdə, Eyyub isə paralel oxuyur. Əlbəttə, Eyyub da üzr istəməlidir. Ancaq bizim üçün əsas Orxan və Nicatın üzr istəməsidir. Mən onlardan əl çəkməyəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə