Azərbaycanlı idmançı “Survivor”a qatıldı FOTO

Azərbaycanlı idmançı “Survivor”a qatıldı FOTO

Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılacaq. SİA-nın məlumatına görə, idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib.

“Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.

Qeyd edək ki, bu il yarışmada “Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, “Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırımın yer alacağı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə