Biznes ledi Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır Romantik” filminin treyleri təqdim olunub. SİA-nın məlumatına görə, ekran işində eyni zamanda Altan Erkekli, Qazanfer Gündüz, Səmra Dinçer, Sərvət Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simalar da rol alıb.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
Qeyd edək ki, filmin qala gecəsi fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB