Bu il "Eurovision-2011" mahnı müsabiqəsinin milli seçiminə iki mahnı təqdim edən əməkdar artist Elza Seyidcahan Düsseldorf səhnəsində oxunacaq "Running Scared" mahnısından narazıdır. Onun SİA-ya verdiyi məlumata görə, mahnı uğursuzdur: "Mədəniyyət sahəsində bu qədər islahatlar keçirilir, son vaxtlar daha çox milli mədəniyyətimizin təbliğatı gedir. Hətta yeni dərc olunan kitablara fikir verəndə görürsən ki, üzərində milli ornamentlər var. Mən bir bəstəkar kimi "Eurovision" milli seçiminə mahnı yazdım və milli elementlərlə zənginləşdirdim. Onu da deyim ki, "Running Scared" mahnısında mənim musiqimdəki notların xarakterindən istifadə olunub: "o- o-o..." Gecə-gündüz studiyalarda yatmışam. O mahnının ərsəyə gəlməsi üçün 3 min manat xərcləmişəm. Dedim, qalib də olmasaq, desinlər ki, halal olsun, belə bir musiqi təqdim etdilər. Orda bizim bütün alətlərimiz var idi, həm kanon, həm zurna, həm balaban, həm muğam, həm caz, həm prelüdiya forması... Adı "Bu dünya bir tapmaca" idi. Bu mahnını adına baxın- "Qorxu qaçışı"! Bu nə addır, bizim xalq kimdən qorxmalıdır!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB