Silahlı basqına məruz qalan Türkiyənin məşhur müğənnisi reanimasiyadan palataya köçürülüb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəsin həkimləri sənətçinin həyati təhlükəsinin geridə qaldığını və müalicəsinin palatada davam etdiriləcəyini açıqlayıblar.
Həkimlər onu da qeyd ediblər ki, hələ müalicənin ikinci həftəsidir və antibiotik müalicəsi bundan sonra da iki həftə davam etdiriləcək. İbrahim Tatlısəsin sol tərəfində gücsüzlük var və hələlik ayağa qalxmaq iqtidarında deyil. Bununla belə, müğənninin kiçik addımlarla və tibb bacılarının köməkliyi ilə yeridiyi bildirilir.
Müğəninin həmçinin yeni çəkilən şəkilləri də internetdə yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB