Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə toyu və nişanlısı Kənanla bağlı izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, Aynişan Kənanla tanışlığından bəhs edib. O bildirib ki, nişanlısı ilə 3 il əvvəl tanış olsa da, ötən ildən münasibətə başlayıblar. Aynişan aralarında 6 gün fərq olduğunu vurğulayıb.
Qısqanclıqla bağlı suallara isə “İlk başlarda hə, indi halım olandan-olana qısqanmağa vaxt tapıram” cavabını verib.
Artıq toy hazırlıqlarına başlayan cütlük qonaq siyahısını da hazırlayıb. O bildirib ki, həm qız, həm oğlan toyu edəcəklər. Hər iki məclis üçün də Aynişan libas hazırladığını açıqlayıb.
Qeyd edək ki, cütlüyün toyu fevralda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB