Afaqdan ilginc sözlər FOTOLAR

Müğənni Afaq Aslan fotokamera önünə keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillər çəkdirib. Ənənəsinə sadiq qalan sənətçi qısa ətəkli libasları ilə kamera qarşısında pozlar verib.

O, həmin fotoları "İnstagram" səhifəsində yayımlayıb. Afaq paylaşımına ilginc sözlər yazıb: “Bu həyatda böyük danışmayacaqsan. Məsələn: “Mən əsla...” deyə başlayan cümlələr qurmayacaqsan. Başqasının başına gələn hər şey mənim də başıma gələ bilər deyəcəksən. Heç kimi yaşadıqları üçün qınamayacaqsan. Sözlərin imtahanın, güldüklərin gözyaşın ola bilər”.

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə