Zeynəb Xanlarovanın Amerikaya köçmə xəbəri yalan çıxdı VİDEO

Zeynəb Xanlarovanın Amerikaya köçmə xəbəri yalan çıxdı VİDEO

Amerikaya köçdüyü deyilən Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüsü yayılıb. SİA-nın məlumatına görə, videonu Əməkdar artist Rəşad İlyasov sosial media hesabında yayımlayıb. O bildirib ki, Xanlarova AzTV-nin yeni il çəkilişinə gəlib.

Müğənni iki pərəstişkarı ilə obyektiv qarşısına keçərək bu sözləri deyib: "Mənə olan sevgilərindən soyadlarını dəyişib Xanlarova ediblər. Bu sevgi üçün yaşayıram. Mən beş-altı insan üçün yaşamıram".

Qeyd edək ki, Z.Xanlarova ilə bağlı son günlər bir çox xəbərlər yayılıb. Onun Amerikaya köçdüyü, orada biznes qurduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə