“Bu şəhərdə” Yekaterinburqda izdihamla qarşılandı VİDEO

“Bu şəhərdə” Yekaterinburqda izdihamla qarşılandı VİDEO

“Bu şəhərdə” komandasının aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun növbəti konserti Rusiyanın Yekaterinburq şəhərində baş tutub. SİA-nın məlumatına görə, konsert proqramı “Hamı 19 ilə” adlanıb. Konsertdən sonra sənətçilər növbəti dəfə tamaşaçı izdihamı ilə qarşılaşıb.

Qeyd edək ki, “Bu şəhərdə” komandası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir neçə gün əvvəl Xarkovda da konsert vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə