Könül: "Verilişlərə kirayə götürdüyüm bağ evində çəkilmişəm" VİDEO+FOTO

Könül: "Verilişlərə kirayə götürdüyüm bağ evində çəkilmişəm" VİDEO+FOTO

Əməkdar artist Könül Kərimova illər öncə meyxanaçı Namiq Qaraçuxurlu ilə ifa etdiyi duetdən söz açıb. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Bildiyiniz kimi, bir xeyli müddət öncə Namiqlə "Cavanlıq səhvi" adlı mahnını duet şəklində tamaşaçılara təqdim etdik. Bu duetimi müəllimim Xalq artisti Arif Babayev qəbul etmədi. Hətta bir çox tamaşaçılar tərəfindən də qınaq obyektinə çevrildim".

Kərimova oğlunun xəstələnməsindən bəhs edib: "Bəziləri deyir ki, övladıma maşın aldığıma görə göz-nəzərə gəldi. Oğlumun 27 yaşı var. Ona hələ bu il avtomobil almışam".

O, bağ evinin olmadığını da söyləyib: "Bəziləri deyir ki, bahalı bağ evim var. Bu heç də belə deyil. Belə ki, mənim bağ evim yoxdur. Hətta bir neçə verilişlərə kirayə götürdüyüm bağ evində çəkilmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə