Röyadan küsülü olan həmkarlarına barışıq jesti FOTO+VİDEO

Röyadan küsülü olan həmkarlarına barışıq jesti FOTO+VİDEO

Xalq artisti Röya Ayxan küsülü olduğu Nigar Camalla bağlı paylaşım edib. SİA-nın məlumatına görə, müğənni "İnstagram" profilində "story" bölümündə verilişlərin birinin görüntülərini yerləşdirib.

Videoda Nigarla Xalq artisti Faiq Ağayev və Röyanın avtomobilinin nömrəsi əks olunub.

Röyanın küsülü olduğu Nigarın görüntüsünü yayımlaması müzakirələrə səbəb olub. İzləyicilər Röyanın bu hərəkətini barışıq addımı adını veriblər.

Röyanın paylaşımında diqqət çəkən digər məqam isə küsülü olduğu Rəhim Rəhimlini işarələməsi olub.

Qeyd edək ki, ifaçılar arasında qalmaqal "Altın kelebek" mükafatlandırma gecəsində başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə