Fatimə: "Qazancıma görə teatra gedə bilmirəm" VİDEO

Rəqqasə Fatimə Fətəliyeva teatra gedə bilməməsindən gileylənib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Teatra vaxt ayırıb, gedə bilmirəm. Bu mənim üçün çox pis haldır. Onu da deyim ki, Xalq artisti Məleykə Əsədova dəfələrlə rol aldığı tamaşalara məni dəvət edib. Amma gedə bilməmişəm. Çünki həmin günü xına mərasimlərindən birini mən idarə edirdim. Ailəmi dolandırmaq və ayaqda qalmaq üçün işimizlə məşğul olub, pul qazanırıq. Amma özümüzə vaxt ayıra bilmirik. Əslində teatrlara getməklə mədəniyyətimizi daha da artıra bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə