Xalq artisti Röya Ayxan verilişlərin birində "Brilliant kimi erməniyə "super" yaza bilmərəm" sözlərini demişdi. SİA-nın məlumatına görə, qarşı tərəfin cavabı gecikməyib: "Səhnəyə çıxdığım gündən indiyənə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır" deyən Dadaşova "Şükür ola" mahnısını yayımlayıb.
Dadaşova daha sonra İnstaqramda Röyanı izləmə siyahısından çıxarıb.
Qeyd edək ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin suallarına "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.
Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB