Müğənnilər kimsəsiz uşaqları sevindirib

Müğənnilər kimsəsiz uşaqları sevindirib
Dünən kimsəsiz uşaqlar evində Novruz Bayramına həsr olunan xeyriyyə konserti keçirilib. Bu barədə SİA-ya Leyla Ramazanlının meneceri Ceyhun Məhərrəmov məlumat verib: "Məqsədimiz kimsəsiz uşaqları az da olsa sevindirməkdir. Biz hər bayramda belə tədbirlər təşkil etməyə çalışırıq. Gücümüz çatırsa, hər bir bayramda onları sevindirmək bizim borcumuzdur".

Leylanın təşəbbüsü ilə baş tutan mərasimdə müğənnilər Elnur Məmmədov, Roza Zərgərli, Rahidə Baxışova, Vüsal Hacıyev, Yaşar, Günay İbrahimli, Reper Talıb Taleh, skripaç Səlim və başqaları iştirak edib.

Kimsəsiz uşaqları sevindirən müğənnilər onlar üçün ən gözəl mahnıları ifa ediblər. Tədbirin aparıcısı isə DJ İlkin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə