Pərvin: "Ər və arvad ayrılmır..." FOTOLAR

Pərvin: "Ər və arvad ayrılmır..." FOTOLAR

Bəzi saytların yaydığı məlumata görə aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılaraq ötən gün işdən çıxarılan polis Murad Abdullayev onunla yollarını ayırıb. SİA-nın məlumatına görə, Abıyeva iddialarla bağlı sosial şəbəkədə paylaşım edib. O, əvvəlcə video yayımlayaraq barmaqlarını birləşdirib və "Ata ilə ana dünyasını dəyişir və ayrılır. Bacı-qardaş da ailə qurur ayrılır. Övladlar da böyüyür, ailə qurur və ayrılırlar. Amma ər və arvad ayrılmır" sözlərini deyib.

Pərvin daha sonra "Yazırsız, pozursuz, düzürsüz, qoşursuz. Bekar insanlar doluşub, şərh yerində ağzına gələni yazır. Məncə çox sevinməyin, hər şeyin reallığını mən bilirəm. Məndən daha yaxşı bilən olmaz" sözlərini əlavə edib.

Qeyd edək ki, Murad Abdullayevin ad günündən Pərvinlə yayılan videoları onun işindən çıxarılmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə