Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənətçi Günel Zeynalovanın Bakıda solo konsert verəcəyi barədə xəbərlər dolaşırdı. Məlumata görə, müğənni ötən ayda verəcəyi konserti təxirə salıb. Günel bu xəbərə biganə qalmadı və SİA-ya açıqlama verdi: "İnternet səhifələrində Bakıda solo konsertimin olacağı və nədənsə onun baş tutmaması barədə yazılan xəbərlərlə tez-tez rastlaşıram. Amma bu düzgün informasiya deyil. Qeyd olunan vaxtda, yəni ötən ayın sonunda mən paytaxtda idim, ancaq dayım qızının toyuna gəlmişdim. Bəzən yalandan o qədər xəbərlər yazırlar ki, xalqımdan küsürəm. Konsertim olacaq, ancaq vaxtını hələ bilmirəm. Bakıda keçiriləcək solo konsertim çox möhtəşəm olacaq. Böyük sürprizlər hazırlayıram və dayanmadan üzərimdə işləyirəm".
Daha sonra o, konsert turundan bəhs etdi: "Brüssel, Berlin, Londonda konsertlərim davam edir. İndi işlərim çoxdur. Səfərlərim çoxdur. Bütün konsertlərim böyük maraqlı izlənilir".
Daha sonra o, konsert turundan bəhs etdi: "Brüssel, Berlin, Londonda konsertlərim davam edir. İndi işlərim çoxdur. Səfərlərim çoxdur. Bütün konsertlərim böyük maraqlı izlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB