Aygünün avtomobilində oğurluq VİDEO

Aygünün avtomobilində oğurluq VİDEO

Müğənni Aygün Mahmudovanın başına iş gəlib. SİA-nın məlumatına görə, ifaçının avtomobilini soyublar. O, bu haqda verilişlərin birində danışıb: "Hadisə yayda olub. Ailəlikcə Alanyaya gedirdik. Axşam saatlarında salona getdim ki, saçımı düzəltdirim. Maşını da salonun qasaxladım, düşdüm. Salondan çıxandan sonra gördüm ki, avtomobilimin şüşəsini qırıb, içindən pulqabımı götürüblər.

Maşında bahalı geyimlər, ətirlər var idi. Heç nəyə əl vurmayıblar. Zülm çəkib şüşəni qırıb. Gəlib desəydi, pul verərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə