Ötən ilin son günlərində məşhur top-stilist Samir Əliyev 2010-cu ilin ən zövqlü və zövqsüz müğənnilərinin siyahısının tərtib edib. Elə SİA-ya açıqlamasında o, ən zövqsüz kişi müğənnisi kimi Zamiq Hüseynovu görüb.
Zamiqə Samir tərəfindən ilin ən zövqsüz müğənnisi seçildiyini deyəndə, o açıqlama verməkdən boyun qaçırdı. Lakin onun yerinə prodüseri Elnur danışdı: " Axı Samir kimdir ki, Zamiq ona cavab versin. Biz Samir adında stilist tanımırıq. Zamiq də məhz tanımadığı üçün o insan haqqında açıqlama vermək istəmir. İndi hər yoldan keçən gəlib stilist olub Zamiq haqqında açıqlama verəcək, Zamiq də hər birinə cavab verməlidir?! Biz nəyə görə, onun haqında danışmalıyıq? Axı biz belə stilist tanımırıq. Tanımadıqlarımız isə qoy danışsınlar. Eybi yox, qoy geyim baxımından ilin ən zövqsüz müğənnisi Zamiq seçilsin. Əsası odur ki, Zamiq ilin kişi müğənnisi seçilib. Bununla yanaşı Zamiqlə Röyanın dueti ilin mahnısını seçildi. İnanın ki, bax, bu seçimlər bizə Samirin fikrindən daha önəmlidir. Hər kəs də bilir ki, kim kimdir. Zamiqin kifayət qədər pərəstişkarı var. Onu sevirlər və olduğu kimi qəbul edirlər. Samirkimilərinə isə Zamiq heç vaxt cavab verməz".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB