Faiq Ağayev atasının ölümündən sonra ilk dəfə səhnəyə çıxdı - FOTO

Faiq Ağayev atasının ölümündən sonra ilk dəfə səhnəyə çıxdı - FOTO
Xalq artisti Faiq Ağayev atasını itirdikdən sonra ilk dəfə tamaşaçı və jurnalistlərin qarşısına çıxdı. SIA-nın məlumatına görə, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən "Kişilər oxuyur" adlı konsertdə adından da məlum olduğu kimi yalnız kişi müğənnilər çıxış edirdi. Onların sırasında Rəhim Rəhimli, Samir Bağırov, Elnur Məmmədov, Xəyyam Nissanov, İzzet Bağırov, Adil Baxışlı və meyxanaçı Namiq Qaraçuxurlu var idi. Sözügedən tədbirin aparıcıları qismində isə NEXT qrupu çıxış etdi.

Konsert biletlərinin üzərində iştirak edəcək müğənnilərin siyahı daha çox olsa da, bir qismi gözümüzə dəymədi. Konsertdə gələcəklərini söz verib, gəlməyənlər isə bunlar oldu - əməkdar artist İlqar Muradov, Azad Şabanov və rep qrupu HOST.

Konsertdə xanımlarımız üçün sürpriz çiçək yağışı reallaşıb. Təşkilatçı Tural Bayraməliyevin dəstəyi ilə baş tutan mərasim üçün xüsusi led dekor hazırlanıb. Konsertin tamaşaçı qismində qadın müğənnilərindən gözümüzə dəyən yalnız Xatun oldu. Konserti izləyən daha bir məşhur, stilist Samir Əliyev idi. Əvvəl işlədiyin müğənni Samir Bağırovla küsülü olan stilist, müğənni oxuyan zaman onu görməməzlikdən gəlib, arxasını sənəyə çöndərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə