Elariz bəstəkarlığa başlayır?
Məşhur müğənni Elariz Məmmədoğlunun yaradıcılığında yenilik var. SİA-ya danşan müənninin sözlərinə görə, o, bəstəkar kimi özünü sınadığını dedi: "Yaradıcılığımda yeni mahnılar yer alıb. Onlardan birini də özüm yazmışam. "Hara getsəm" mahnısının sözlərinin də, musiqisinin də müəllifi özüməm".

Müğənni mahnıya klip çəkdirməyi planlaşdırdığını da söyləyib. Hətta Altıağacda klipin bir neçə kadrlarının lentə alındığını deyib: "Dizə qədər qarın içində bir neçə kadr çəkmişik. Belə görürəm ki, "Hara getsəm" klipini tezliklə tamaşaçıların ixtiyarına verəcəm".

Qeyd edək ki, klipin rejissoru müğənnin dostu Rəhman Əliyev olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə