Bu yaxınlarda ilk övladını dünyaya gətirməyə hazırlaşan məşhur müğənni Xuraman Şuşalı yeni proyekt üzərində işləyir. Bətnindəki övladının dünyaya gəlməsini səbirsizliklə gözləyən Xuraman yaradıcılığında da axsamaq istəmir. Bu barədə SİA-ya müğənni özü açıqlama verib.
Proyektinin detallarından danışmasa da, layihənin möhtəşəm olacağını qeyd etdi: "Mənə əvvəlcədən demək düşmür. Qabağa qaçıb, hər şeyi açıqlamaq istəmirəm. Sadəcə onu deyim ki, layihə çox gözəl və möhtəşəmdir. Əgər proyekti körpəmin dünyaya gəlməsinə qədər çatdırmasam, ondan sonra mütləq həyata keçirəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB