Kişilər hansı xanımlar üçün oxuyacaq?

Kişilər hansı xanımlar üçün oxuyacaq?
Xəbər verdiyimiz kimi, martın 7-də Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert keçiriləcək. "Kişilər oxuyur" adlı konsertdə adından da məlum olduğu kimi yalnız kişi müğənnilər çıxış edəcək. Elə sözügedən tədbirin aparıcıları qismində də səhnəmizin 4 yaraşıqlı oğlanından ibarət NEXT qrupu çıxış edəcək.

SİA-nın məlumatına görə, konsertlə bağlı xəbərlərdə qadın sənətçilərimizin iştirakına qadağa qoyulduğunun qeyd olunması müxtəlif anlaşılmazlıqlara da səbəb olub. Çoxları elə düşünür ki, xanımlar konsertə buraxılmayacaq. Əslində isə söhbət qadın sənətçilərimizin konsert günü səhnəyə çıxması ilə bağlı qoyulan qadağadan gedir. Çünki, bu dəfə kişi həmkarları onların simasında bütün Azərbaycan qadınları üçün oxuyacaq.

Qeyd edək ki, "Kişilər oxuyur" konsertində xalq artisti Faiq Ağayevində iştirakı gözlənilir. Məlum səbəbdən tədbirə qatılması ilə bağlı şübhələr olsa da, xalq artisti bu konsertdə məmnuniyyətlə iştirak edəcəyini bildirib. Digər qonaqlar isə əməkdar artist İlqar Muradov, müğənnilər Rəhim Rəhimli, Samir Bağırov, İzzet Bağırov, Elnur, Xəyyam Nissanov, Azad Şabanov, Adil Baxışlı, meyxanaçı Namiq Qaraçuxurlu, və rep qrupu HOST olacaq.

Onu da qeyd edək ki, 8 mart qadınlar günü münasibəti ilə keçirilən konsertdə xanımlarımız üçün sürpriz çiçək yağışı reallaşacaq.Təşkilatçı Tural Bayraməliyevin dəstəyi ilə baş tutacaq konsert üçün xüsusi led dekor hazırlanıb.

Yalnız kişilərin oxuyacağı konsert martın 7-də saat 17:00 – da "Elite" əyləncə mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə