İlhamə Qasımova vətənini tərk etmək qərarına gəlib

İlhamə Qasımova vətənini tərk etmək qərarına gəlib
Bu il Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək şansını itirən, milli seçim turunun favorit iştirakçısı İlhamə Qasımova heç də ruhdan düşmür. SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, qarşıda onu böyük dünya səhnələri gözləyir. Sənətçi yaradıcılığının əsas hissəsini Almaniya ilə bağlayacaq: "Yaxın günlərdə Almaniyaya səfərim nəzərdə tutulub. İlk olaraq bu ölkədə klipi çəkdirəcəyəm. Çəkilişlər başa çatan kimi oradakı səsyazma studiyasında isveçrəli bəstəkarın təqdim etdiyi mahnını lentə yazdıracağam. Klip çəkiləndən sonra onun yayım işləri ilə məşğul olacağıq. Belə nəzərdə tutulub ki, yayım dünyanın tanınmış telekanallarında həyata keçirilsin. Eyni zamanda yerli izləyicilərə də klipi izlədəcəyik".

Sözünün sonunda İlhamə Qasımov Almaniya səfəri çərçivəsində ingilisdilli mahnılardan ibarət albomun hazırlayacağını bildirdi. Onun böyük səhnəyə çıxışı istiqamətində də hazırlıqlar görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə