Belarusu “Eurovision- 2011” mahnı müsabiqəsində təmsil edəcək ifaçı məlum olub- FOTO

Belarusu “Eurovision- 2011” mahnı müsabiqəsində təmsil edəcək ifaçı məlum olub- FOTO
Belarusu "Eurovision- 2011" mahnı müsabiqəsində təmsil edəcək ifaçı məlum olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Belarus seçimini dünən keçirilən seçimlərdə bildirib. Belə ki, əslən Belaruslu olan Anastasiya Vinnikova ölkəsini Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq müsabiqədə təmsil edəcək.

Bununla yanaşı ifaçının oxuyacağı mahnı da bəllidir. Müğənni müsabiqədə ölkəsini "Born In Byelorussia" mahnısı ilə təmsil edəcək. Mahnının musiqisi bəstəkar Yevgeni Oleynikə, sözləri isə Yevgeni Oleynik və Viktor Rudenkoya məxsusdur.

Qeyd edək ki, bu gün həmçinin Yunanıstanın ifaçısı da məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə