Ulduzların şəxsi əşyaları yeni açılmış radionun auksionuna çıxarılacaq- FOTO
Azərbaycanda yeni online internet radio fəaliyyətə başlayır. Yeni radionun yaradıcısı və rəhbəri olan gənc menecer Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, radio bir çox cəhətləri ilə bəzilərindən fərqlənəcək. Belə ki, dinləyici ən son və heç bir radioda səslənməyən Azərbaycan mahnılarını, şou biznes xəbərlərini, maraqlı verilişləri dinləyəcəklər: "Əsas fərqlilik odur ki, radioda tezliklə "auksion" keçiriləcək. Bu auksionda dinləyicilər ulduzlarla daha yaxından münasibət yaratmaq imkanını əldə edəcəklər. Hər hansı sevilən simanın fotosessiyasında, klipində, konsertində geydiyi libası və ya istifadə etdiyi aksessuarını bizim radio vasitəsilə auksiona çıxarılacaq. Bunu əldə edən dinləyici isə həmin ifaçı ilə birgə radiomuzda qonaq olacaq".
"Bundan artıq bir neçə yeniliklər və eksklusiv layihələr bizim radioda yer alacaq. Bizə təqdim olunan hər bir mahnıda, mahnını müəlliflərinin də adını çəkməyi özümüzə borc bilirik. Ən əsası isə Azərbaycan musiqilərinə daha çox yer veriləcək. Çünki, bu internet radio olduğu üçün, xaricdə yaşayan həmyerlilərimizin Azərbaycan ifalarına ehtiyacı var. Bunu bizə gələn istəklərə əsaslanaraq deyirəm"-deyə Ceyhun əlavə edib.
Qeyd edək ki, online radiosunun ünvanı www.radio.bizimbaku.ws-dır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB