Tarkanın “Eurovision-2011” mahnı müsabiqəsində iştirak etməməyinin səbəbi açıqlanıb- FOTO

Tarkanın “Eurovision-2011” mahnı müsabiqəsində iştirak etməməyinin səbəbi açıqlanıb- FOTO
Türkiyənin məşhur müğənnisi Tarkanın "Eurovision-2011" mahnı müsabiqəsində niyə iştirak etməməyinin səbəbi açıqlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, dünən Türkiyənin müsabiqədə ifa edəcəyi mahnının açıqlandığı mətbuat konfransında TRT-nin direktoru bu məsələyə aydınlıq gətirib. Belə ki, direktor İ. Şahin Tarkanın hansı səbəbə müsabiqəyə qatılmağı qəbul etmədiyini açıqlayıb.

Müğənni Tarkanın müsabiqədə Türkiyəni təmsil etmək üçün 5 milyon dollar tələb etdiyi fikrinə aydınlıq gətirən İ. Şahin bildirib: "Tarkan bizdən 1 qəpik belə pul tələb etməyib. Ona bu təklifi edəndə bizə hər mövzuda kömək edə biləcəyini, ancaq bundan sonra "Eurovision"a qatılmayacağını qeyd edib. Biz də onun bu fikrini hörmətlə qarşıladıq. Bu fikirdən sonra da biz öz seçimimizi "Yüksek Sadakat" qrupunun üzərində etdik. Hesab edirik ki, qrup Türkiyəni müsabiqədə layiqincə təmsil edə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə