Lalə Məmmədova: “Özümü nə musiqisiz, nə də ki ailəsiz təsəvvür edə bilmərəm”
Sənət adamları içərisində birinci növbədə ailəsini qoruyub saxlayan müğənnilərdən biri Lalə Məmmədovadır. Axı, heç kimə sirr deyil ki, Lalə xanımla yoldaşı İlham bəy bir-birini çox gözəl başa düşürlər. SİA-ya açıqlama verən Lalə xanımın sözlərinə görə, həyat yoldaşı ona ikinci həyat verən insandır: "İlham hər zaman deyir ki, ailənin sirri olmur. Burada bir-birinə səmimiyyət, inam və hörmət olmalıdır. Bütün bunların hamısını bir yerə cəm etsək, olur gözəl ailə. Başqa cür ola da bilməz. Əgər ailədə səmimiyyət və hörmət qarşılıqlı deyilsə, heç bir gözəl ailədən söhbət gedə bilməz. Hər hansı bir cəmiyyət üçün yalandan xoş münasibət qurursansa, o zaman bu ailə saxtadır. Kiminsə, nəyinsə xətrinə ailə həyatı quran, cəmiyyət içərisində özünə yer tutmaq üçün bu addımı atan kəslər səhv edirlər. Götürək bir binanın icrasında lazım olan sütunları. Əgər hər 2 sütunlar möhkəm, qaydasında olarsa, tikilən evdə sağlam və uzun ömürlü olur. Hesab edirəm ki, ev bir qaladır. Ailədə gərək hər kəs özü öz üzərində məsuliyyət daşısın. Bu zaman ailədəki uşaq da yaxşı tərbiyə götürəcək".
"Qala demişkən, o qala ilə sənəti bir zirvədə saxlamaq çətin deyil ki?" sualına müğənni belə cavab verdi: "Əgər hər ikisi sənə yaşamağa stimul verirsə, yox. Ailə və sənət məni həyata bağlayan amillərdir. Özümü nə musiqisiz, nə də ki ailəsiz təsəvvür edə bilmərəm. Yadıma salanda əvvəllər ailəsiz necə yaşamışam, ağlıma sığışdıra bilmirəm. Qadın, çiynini söykəməyə möhkəm bir dayaq hiss edirsə, nəinki sənət və ailə, bütün işləri də öz üzərinə götürə bilər. Düzdür, hər şeyin öz çətinlikləri var, lakin ailə qurandan sonra sənətimdə mənə böyük bir təkan oldu. Buna görə də hər ikisi mənim üçün əvəz olunmazdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB