Verilişlərin birində maraqlı anlar yaşanıb. SİA-nın məlumatına görə, müğənni Samir Cavadzadənin keçmiş qonşusu studiyaya zəng edərək, ifaçının qardaşı Raminin əsl üzünü açıb: “Sözüm o ailəni yox edən Raminədir. Evlərini satdırıb, Rusiyaya getdi. Ailəsinə dedi ki, barmaqlarını kəsiblər. Samir anası ilə birgə Rusiyanın küçələrinə düşüb Ramini axtardılar. Gedib gördülər ki, Raminin ətrafında pis insanlar var, onun gözünü çıxarıblar. Ramin, 40-a yaxın yaşı olan adama ana baxmalıdır? Utanmırsan? Özünü qınasın. Belə həyata düşməyəydi. Hansı evdən danışır? Onların evi var? Anası bacısıgildə qalır. Samir də kirayə yaşayır. Deyir, Samirə köməkliklər edib. Hansı köməklikdən danışır. Əksinə sənə köməklik edilib. Onlar məhəllənin ən gözəl ailəsi idi. O ailəni sən yox etdin. Diri ikən ölü ailə etdin. Özü-özünü o günə salıb”.
Qeyd edək ki, verilişin ötən buraxılışında ifaçı Samir Cavadzadənin qardaşı Ramin Cavadzadə səfil həyat sürdüyünü, xəstə olduğunu və köməyə ehtiyac duyduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB