Əli Elnarəni tanımadı VİDEO

Aşıq Əli Tapdıqoğlu Əməkdar artist Elnarə Abdullayevanı tanımamazlıqdan gəlib. SİA-nın məlumatına görə, o, verilişlərin birində açıqlama verərkən xanəndəni tənqid etməkdən çəkinməyib: "Kim nə deyir, nə demir mənə önəmli deyil. Heç bilmirəm ki, belə söz deyilib və elə adam var. Mənə o adam haqqında sual verməyin. İndiki şou-biznesdə elə kişilər var ki, o, xanım qeyreti onda yoxdur. Xanım var ki, döyüşə gedir: Həcər, Nigar. İndi real həyatımızda da qəhrəman xanımlarımız var. Həmin xanım haqqında danışmıram.

Kim ki, kənara çəkilir, ortalıqda olmur, bu üsuldan istifadə edir. Bir mövzu atırlar, bunun ətrafında hamı ad çəkməlidir. Əslində belə şeylərə reaksiya vermirəm. Bilirsiz ki, biznesdə varam, amma şouda yoxam".

Qeyd edək ki, Aşıq Əli Tapdıqoğlunun Əməkdar artist Elnarə Abdullayevanı tanımamazlıqdan gəlməsinə səbəb xanəndənin "Xanımdan aşıq olmaz" sözləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə