Qadın müğənnilər üçün giriş qadağan ediləcək

Qadın müğənnilər üçün giriş qadağan ediləcək
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert keçiriləcək. SİA-nın məlumatına görə, xanımlarımıza həsr olunmuş bayram münasibəti ilə təşkil olunan tədbirdə qadın sənətçilərimizin iştirakına qadağa qoyulacaq. Daha doğrusu, bu dəfə kişi həmkarları onların simasında bütün Azərbaycan qadınları üçün oxuyacaq. Belə ki, xanımların ən çox sevdiyi, yaraşıqlı kişilər bir araya gələcək. Bildirək ki, elə tədbirin aparıcıları da əks cinsin nümayəndələri olacaq. < br> < br> "Kişilər oxuyur" adlı konsert 4 yaraşıqlı oğlandan ibarət NEXT qrupunun təqdimatında baş tutacaq. Onların qonaqları isə əməkdar artist İlqar Muradov, müğənnilər Rəhim Rəhimli, Samir Bağırov, İzzət Bağırov, Elnur, Xəyyam Nissanov, Azad Şabanov, Adil Baxışlı, meyxanaçı Namiq Qaraçuxurlu, və rep qrupu HOST olacaq. < br> < br> Onu da qeyd edək ki, təşkilatçı Tural Bayraməliyevin dəstəyi ilə keçiriləcək konsert üçün xüsusi led dekor hazırlanır. < br> < br> Yalnız kişilərin iştirak edəcəyi konsert martın 7-də saat 17:00 – da "Elite" əyləncə mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə