Səfurə Əlizadə Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək

Səfurə Əlizadə Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək
Ötən il "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 5 yerdə qərarlaşan Səfurə Əlizadə solo konsert verməyi düşünür. SİA-ya danışan Səfurənin sözlərinə görə, onun konserti may ayında özü də Heydər Əliyev adına Sarayın səhnəsində baş tutmalıdır: "Bu konserti çoxdandır arzu edirdim. Hazırda ciddi məşqlər edir. Səhnəyə rəqs qrupu ilə birlikdə çıxmağı düşünürəm. Bu isə "Nero" rəqs qrupu olacaq. Konsert yeni mahnılarım və köhnə repertuarım səslənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə