Model Günay Musayevanın möhtəşəm ad günü- FOTO

Model Günay Musayevanın möhtəşəm ad günü- FOTO
Model və maniken kimi fəaliyyətini daha çox qardaş Türkiyə şou-biznesində davam etdirən "Best model of Azerbaijan-2010" müsabiqəsinin qalibi Günay Musayeva artıq bir neçə gündür ki, Bakıdadır. Modelin vətənə gəlişinin əsas səbəbi dost-tanışlarını əzizlərini ətrafına cəm edib, özünün növbəti doğum günün qeyd etmək olub. SİA-nın məlumatına görə, paytaxtın gecə klubların birində baş tutan Günayın ən xoş günündə modelin ən yaxın dostları – yerli şou-biznes nümayəndələrindən müğənni Elnur Məmmədov, Emil Bədəlov, Sevinc Ağaşirinova, prodüser Mister Tolik (Tarix Əliyev), stilist Anar Ağakişiyev, modelyer Romazzo və digərləri də olub. İllərdən bəri Günayla dostluq edən müğənni Elnur, 24 yaşı tamam olan modelə brilyant sırğa dəsti bağışlayıb. Əldə etdiyimiz məlumata görə, hədiyyənin dəyəri 3500 ABŞ dollarıdır. Sırğa modelin o dərəcədə xoşuna gəlir ki, G.Musayeva onları bir an belə qulaqlarından çıxarmır.

Bütün xəbərlər Facebook səhifəmizdə